Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.09.2022 15:30
  • A-
  • A
  • A+

Bakının daşnak-bolşevik işğalından azad olunmasının 104 illiyinə həsr edilən dəyirmi masa keçirilib

Bakının daşnak-bolşevik işğalından azad olunmasının 104 illiyinə həsr edilən dəyirmi masa keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda “Qafqaz İslam Ordusunun zəfər missiyası - Bakının erməni-daşnak və bolşevik işğalından azad edilməsi” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, professor Kərim Şükürov açaraq 1918-ci ildə Bakının azad olunmasının Azərbaycan tarixində əhəmiyyətindən danışıb.

Sonra tarix üzrə fəlsəfə dotoru, dosent Vasif Qafarov geniş məruzə ilə çıxış edərək bildirib ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub: “Tarix boyu Türkiyə Azərbaycana daim öz dəstəyini nümayiş etdirib. Bu dəstək həm siyasi, həm də hərbi formada mümkün olub. İşğal altında olan torpaqlarının azadlığı uğrunda 2020-ci ilin sentyabrın 27-də başlatdığı Vətən müharibəsinin ilk günündən Türkiyə Azərbaycana mənəvi və siyasi dəstəyini göstərdi. Belə ki, Azərbaycanın haqq savaşında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışları və bəyanatları bir daha iki ölkə arasında dostluq və qardaşlığın təcəssümü idi. Türkiyə Prezidentinin nümayiş etdirdiyi siyasi və mənəvi dəstəyin Azərbaycanın haqq savaşında qələbə qazanmasında mühüm rolu olub.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: