Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

MEK Nəsirəddin Tusinin irsinə həsr olunmuş elmi konfrans keçirəcək
19.09.2022 16:36
  • A-
  • A
  • A+

MEK Nəsirəddin Tusinin irsinə həsr olunmuş elmi konfrans keçirəcək

19 oktyabr 2022-ci il tarixdə saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanası hibrid formada (əyani və onlayn) Azərbaycanın tanınmış alimi və mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusinin irsinə həsr olunmuş elmi konfrans keçirəcək.

Konfransın keçirilməsində əsas məqsəd elmin 20-dən artıq sahəsində olduqca zəngin və fundamental tədqiqatların müəllifi olan Nəsirəddin Tusinin həm alim, həm də ictimai xadim kimi fəaliyyətinin araşdırılması və bu sahədə araşdırma aparan elmi tədqiqatçıların yaradıcılığının stimullaşdırılmasıdır.

Konfransın mövzuları:

- Nəsirəddin Tusinin Azərbaycan elmində yeri;

- Nəsirəddin Tusinin siyasi irsi;

- Nəsirəddin Tusinin məntiqi görüşləri;

- Nəsirəddin Tusinin fəlsəfi görüşləri;

- Nəsirəddin Tusinin riyazi irsi.

Konfransda tədqiqatçılar tezis və ya məqalə ilə iştirak edə bilərlər. Məruzəçi tərəfindən ödəniş tələb olunmur. Məruzələr çıxışdan sonra çap ediləcək. Konfransda çıxış etməyən məruzəçinin məqaləsi (tezisi) çap edilməyəcək.

Tezis və məqalələrin tərtibatına qoyulan tələblər:

- Tezislər 2 səhifədən, məqalələr 4-5 səhifədən çox olmamalı;

- Vərəqin ölçüsü – A4 formatda. Hər tərəfdən 2,0 sm boş məsafə. Şifrə Times New Roman;

- Şifrənin ölçüləri 14, adi, sətirlər arası interval 1,5, abzas 1,25 sm.

Məqalənin mətnində aşağıdakı məlumatların təqdim edilməsi zəruridir: məqalənin adı, müəlliflərin soyadı, inisialları, təşkilatın tam adı, annotasiya (3-5 cümlə) və açar sözlər (5-6 söz).

Ədəbiyyatlara istinadın kvadrat mötərizədə verilməsi zəruridir.

İşçi dillər: Azərbaycan, rus, ingilis

Tezis və məqalələr 10.10.2022-ci il tarixinədək mekkonfrans22@gmail.com göndərilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: