Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının növbəti sayı çap olunub
20.09.2022 11:45
  • A-
  • A
  • A+

“Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının növbəti sayı çap olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Əlyazmalar yanmır”“Elmi əsərlər” jurnallarının növbəti sayı çapdan çıxıb.

Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin baş redaktorluğu ilə nəşr olunan, “Ədəbiyyatşünaslıq”, “Tarixşünaslıq, Beynəlxalq əlaqələr”, “Dilçilik”, “Kitabxanaşünaslıq”, “Mənbəşünaslıq”, “Mətnşünaslıq” və “Yubileylər” rubrikalarının yer aldığı “Əlyazmalar yanmır” elmi məqalələr toplusunda bölmələr üzrə “Qövsi Təbrizi yaradıcılığının tədqiqi və nəşri tarixi barədə”, “Nəcəf bəy Vəzirov və Şuşa mühiti”, “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun beynəlxalq elmi-mədəni əlaqələri: nəzəri məsələlər”, “Söz yaradıcılığı və reduplikasiya”, “Qədim Şuşanın kitab və kitabxana mədəniyyəti”, “Azərbaycan xalqının mədəni-mənəvi tarixində Cənub bölgəsinin yeri”, “Zikr və duada Allahın gözəl adları (Azərbaycan əlyazmaları əsasında)” və s. mövzularda məqalələr dərc olunub.

Filologiya üzrə elmlər doktoru, dosent Aybəniz Əliyeva-Kəngərlinin baş redaktorluğu ilə nəşr olunan “Elmi əsərlər” jurnalının yeni sayında isə ədəbiyyatşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq, tarix, muzeyşünaslıq, mətbuat, din, kitabxanaşünaslıq, kitabşünaslıq və biblioqrafiyaşünaslıq sahəsində “Yusif Vəzir Çəmənzəminlinin şəxsi arxivi”, “XIX əsr Azərbaycan ədəbiyyatının tədqiqatçısı”, “Tarixdə yaşayan xeyriyyəçi”, “Həsən bəy Zərdabi və “Əkinçi” qəzeti”, “Avtoqraflar danışır” və s. məqalələr, eyni zamanda elmi konfranslar, sessiyalar, beynəlxalq əlaqələr, təqdimatlar, tədbirlər, təltiflər və institutun nəşrləri haqqında referativ məlumatlar yer alıb.

Qeyd edək ki, 2015-ci ildən nəşr olunan hər iki jurnal Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: