Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Ayda vulkan püskürməsinin izləri aşkar edilib
21.09.2022 11:35
  • A-
  • A
  • A+

Ayda vulkan püskürməsinin izləri aşkar edilib

Çin alimləri 2020-ci ildə “Chang'e-5” kosmik gəmisi tərəfindən Yerə çatdırılan Ay torpaq nümunələrində vulkanik lava püskürməsinə dair sübutlar tapıblar.

Bu barədə Çin Elmlər Akademiyası nəzdində Milli Kosmik Elmlər Mərkəzi məlumat yayıb.

Tədqiqatçılar Aydakı torpaq nümunələrini araşdırarkən, Çin kosmik gəmisinin Aya endiyi ərazidə vulkan püskürmələrinin baş verdiyini aşkar ediblər.

Alimlərin fikrincə, qurğunun eniş yerində vulkanik fəaliyyətin intensivləşməsi təxminən 2 milyard il əvvəl baş verib.

Qeyd edək ki, əldə edilən məlumatlar Ayda vulkanik fəaliyyətin miqyasını öyrənmək üçün mühüm sübutdur.

oxu.az

  • Paylaş: