Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

21.09.2022 14:18
  • A-
  • A
  • A+

Başqırdıstan Respublikasının alimləri Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olublar

Başqırdıstan Respublikasının alimləri Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olublar

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Rusiya Federasiyasının Başqırdıstan Respublikasından gələn qonaqlarla görüş keçirilib.

Görüşdə Başqırdıstanın Daşınmaz mədəni irs üzrə abidələrin mühafizəsi və istifadəsi elm-istehsalat mərkəzinin direktoru Danir Qaynullin, Qulsasak Bulyakova, Rustam Alibayev və Ramil Nasratdinov iştirak ediblər. Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev, qoruğun əməkdaşları Sabir Nəzirov, Sevinc Şirinli, Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli də qonaqlar sırasında olublar.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov, professor Hidayət Cəfərov, dosentlər Firüzə Muradova və Azad Zeynalov qonaqları salamlayıblar.

İnstitutun baş direktoru A.Seyidov tərəflər arasında qarşılıqlı iş birliyi üçün müqavilə imzalanması haqqında təklif irəli sürüb. Arxeoloqlarımız tərəfindən aparılan beynəlxalq tərkibli arxeoloji qazıntı işləri haqqında qonaqlara məlumat verilib.

Qonaqlar adından Danir Qaynullin təklifdən məmnun qaldığını bildirib və mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı institutun əməkdaşları - Hidayət Cəfərov, Firuzə Muradova, Azad Zeynalov qonaqlarla fikir və mülahizələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: