Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK tərəfindən AMEA-nın müxbir üzvü İslam Mustafayevin biblioqrafik göstəricisi hazırlanıb
21.09.2022 16:32
  • A-
  • A
  • A+

MEK tərəfindən AMEA-nın müxbir üzvü İslam Mustafayevin biblioqrafik göstəricisi hazırlanıb

Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən tərtib olunan AMEA-nın müxbir üzvü İslam İsrafil oğlu Mustafayevin biblioqrafik göstəricisi istifadəyə verilib.

Göstəriciyə AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru, İslam Mustafayevin həyatı, elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk, elmi əsərlərinin - dərslik və dərs vəsaitlərinin, patent və ixtiralarının, dövri, ardı davam edən və seriyalı nəşrlərdə Azərbaycan, rus və digər xarici dillərdə dərc olunmuş məqalələri, respublika və beynəlxalq əhəmiyyətli konfranslarda məruzə və çıxışları, elmi-tədqiqat işləri və s. daxil edilib.

Vəsaitdə, həmçinin İ.Mustafayevin redaktə etdiyi elmi əsərlər-kitablar, elmi rəhbəri olduğu dissertasiya işləri, görkəmli elm və mədəniyyət xadimlərinin alim haqqında fikirləri və alimin həyatı, elmi və ictimai fəaliyyəti haqqında mənbələr də yer alıb.

Biblioqrafik göstəricinin elmi redaktoru MEK-in baş direktoru, f.e.d., professor Məmməd Əliyev, redaktoru Biblioqrafiya şöbəsinin müdiri Xuraman İsmayılova, tərtibçisi şöbənin əməkdaşı Afət Məmmədovadır.

Təqdim olunan göstərici radiasiya kimyası və ətraf mühit sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: