Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şuşada keçirilən beynəlxalq konfransa həsr olunmuş analitik icmal çap edilib
22.09.2022 14:18
  • A-
  • A
  • A+

Şuşada keçirilən beynəlxalq konfransa həsr olunmuş analitik icmal çap edilib

“Azərbaycanda mədəniyyətin iqtisadiyyatı: reallıqlar və perspektiv inkişaf” adlı analitik icmal çap olunub.

Kitabın müəllifləri İqtisadiyyat İnstitutunun baş direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov və müəssisənin şöbə müdiri, i.e.d., prof. Tərbiz Əliyevdir.

Vəsait sentyabrın 18-20-də Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” beynəlxalq elmi-praktik konfransda təqdim olunub.

Analitik icmal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli  qərarı ilə təsdiq edilmiş – “Şuşa ili” ilə bağlı Tədbirlər Planı”nın 18-ci bəndinin icrası konteksində müəlliflər tərəfindən hazırlanıb.

Analitik icmalda mədəniyyət – kreativ iqtisadiyyatın başlıca sahəsi kimi şərh edilib, mədəniyyət sferasında iqtisadiyyatın formalaşmasının normativ-hüquqi bazası, dövlət siyasəti və tənzimlənməsi məsələləri nəzəri-metodoloji aspektdən araşdırılıb. Çoxillik statistik məlumatlar əsasında Azərbaycan mədəniyyətinin ayrı-ayrı sahələrinin fəaliyyəti təhlil edilərək qiymətləndirilib, müvafiq ehtiyat imkanları aşkar edilərək onların sahənin iqtisadi inkişafına təsiri göstərilib. İcmalda ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, həmçinin Şuşada tarixi-memarlıq abidələri haqqında məlumatlar öz əksini tapıb, şanlı qələbədən sonra orada həyata keçirilən yenidənqurma və bərpa işləri, mədəniyyət tədbirləri işıqlandırılıb.

İcmal tədqiqatçılar, KİV-in nümayəndələri, turistlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: