Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professsor İlham Məmmədzadə beynəlxalq konfransda iştirak edib
22.09.2022 14:40
  • A-
  • A
  • A+

Professsor İlham Məmmədzadə beynəlxalq konfransda iştirak edib

Qazaxıstan Respublikasının Almatı şəhərində UNESCO-nun nəzdində Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin təşkilatçılığı ilə “Elmi biliklər və tarixi yaddaş problemləri: lokal və universal” mövzusunda bilik mədəniyyətinə dəstək üzrə III beynəlxalq konfrans keçirilib.

Tədbirdə dünyanın bir çox ölkələrindən alimlər, həmçinin qazaxıstanlı şair, yazıçı-ədəbiyyatşünas və siyasi xadim Oljas Süleymanov da iştirak edib.

Konfransa qatılan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professsor İlham Məmmədzadə “Yaddaş və tarixi-mədəni epistemologiyanın problemləri” mövzusunda məruzə ilə çıxış edib.

“Nəzərə çatdıraq ki, müasir şəraitdə tarixi yaddaş problemləri həm elmi tədqiqat obyekti kimi, həm də bir faktor kimi siyasi əhəmiyyət kəsb edir. Müharibələr və konfliktlər çox hallarda məhz onunla, yəni tarixi yaddaşla, onun mifləşdirilməsi ilə əlaqədardır”, - deyə alim öz çıxışında bildirib. Məruzədə o da qeyd olunub ki, erməni tarixi yaddaşının mifləşdirilməsi elə buna bariz nümunədir. Lakin tarixi yaddaş obyektiv elmi araşdırmaların, tədqiqatların aparılmasını tələb edir və bu, müəyyən mənada elmdən, tarixi-mədəni epistemoloji yanaşmadan asılıdır.

Qeyd edək ki, konfransın işinin ümumi nəticələri haqqında məruzə məhz İ.Məmmədzadəyə həvalə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: