Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

MEK Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə kitablar hədiyyə edib
23.09.2022 09:22
  • A-
  • A
  • A+

MEK Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə kitablar hədiyyə edib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) həyata keçirdiyi kitab bağışlama aksiyası davam edir. Aksiya çərçivəsində MEK tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə profil üzrə 349 sayda dəyərli nəşrlər hədiyyə edilib.

Hədiyyə olunan kitablar Azərbaycan mədəniyyət, musiqi xəzinəsinin qiymətli inciləridir. Bu əsərlər milli mədəniyyətin tədrisi, təbliği və bu sahədə elmi-tədqiqatların aparılmasını təmin edilməsində qiymətli mənbədir.

Xatırladaq ki, MEK kitab bağışlama aksiyasına yeni tədris ilinin başlanması ərəfəsində start verib. Aksiya 15 Sentyabr – Bilik Günü və 18 Sentyabr - Milli Musiqi Günü münasibətilə həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: