AMEA-nın Elm tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev ARB televiziya kanalına Zəngəzurun tarixi Azərbaycan torpağı olması, Paris sülh konfransına təqdim olunan xəritə və onun çağdaş siyasi proseslərə tətbiqi ilə bağlı müsahibə verib.
Alim müsahibəsində qeyd edib ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğuna görə onun hazırki sərhədləri də o dövrki sərhədlərə uyğunlaşdırılmış formada müəyyən olunmalıdır. B.Quliyev, həmçinin bildirib ki, Azərbaycanın Zəngəzur mahalı Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-1922-ci illər ərzində ardıcıllıqla Ermənistana birləşdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.