Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Coğrafi informasiya vasitələri və məsafədən zondlama” mövzusunda VI beynəlxalq geoinformatika günləri keçiriləcək
23.09.2022 15:55
  • A-
  • A
  • A+

“Coğrafi informasiya vasitələri və məsafədən zondlama” mövzusunda VI beynəlxalq geoinformatika günləri keçiriləcək

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Türkiyənin Mersin Universitetinin təşkilatçılığı ilə “Coğrafi informasiya vasitələri və məsafədən zondlama” mövzusunda VI beynəlxalq geoinformatika günləri (İGD) keçiriləcək.

Qitələrarası geoinformatika günlərinin (İGD) keçirilməsinin əsas məqsədi elmi dairələr, sənaye və dövlət müəssisələrindən olan tədqiqatçı və mütəxəssislərin bir araya gəlməsi, geoinformatika sahəsində vacib məsələlərin həllinə yönəlmiş problemlərin müasir vəziyyətinin öyrənilməsi və müzakirəsidir.

Coğrafiya İnstitutunda tədbirin keçirilməsi 20-21 iyun 2023-cü il tarixinə nəzərdə tutulur. Konfransın təşkilatçı katibi institutun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovdur.

Texniki onlayn-sessiya və seminarlardan ibarət  iki günlük konfrans torpaq resurslarının idarə edilməsi, məsafədən zondlama, kartoqrafiya, CİS, geodeziya və s. sahələrdə onlarla təqdimatı özündə birləşdirir.

Konfransın dəyişilməyən mövzuları və digər məlumatlarla buradan tanış olmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: