Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünas alimin məqaləsi Türkiyənin 80-dən çox sayt və qəzetində yayımlanıb
26.09.2022 10:58
  • A-
  • A
  • A+

Şərqşünas alimin məqaləsi Türkiyənin 80-dən çox sayt və qəzetində yayımlanıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarı” adlı məqaləsi Türkiyənin 80-dən çox sayt və qəzetində dərc olunub. 

Müəllif məqalədə təcavüzkar Ermənistan dövlətinin I və II Qarabağ müharibələri zamanı azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarını, eləcə də Ermənistanın təcavüzkar və terror dövləti olduğunu tarixi fakt və sənədlərə istinad edilərək sübut edir.

S.Talıblı məqalədə qeyd edir ki, istər hərbçi, istərsə də mülki əsirlərlə rəftar ermənilərə həm yad bir hüquqi termindir, həm də ermənilərin düşünülmüş şəkildə insanlığa, bəşəriyyətə etdiyi cinayətlərdən birdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli və düşünülmüş şəkildə soyqırımı və vandalizm siyasətini yeridir. Minlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Çoxsaylı faktlar, araşdırmalar, sənədlər, beynəlxalq və regional təşkilatların hesabatları göstərir ki, əsir və girovlara dəhşətli işgəncələr verilib onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst vəziyyətinə salınıb, sinələrinə qızdırılmış “xaç” nişanları ilə damğa basılıb, dırnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülüb, damarlarına benzin yeridilib.

Bundan əlavə, məqalədə əsirlərlə rəftar və işgəncələr haqqında erməni vandalizmi faktları, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan faktların bir qismi, təcavüzkar Ermənistanın işğal zamanı mülki əhaliyə qarşı həyata keçirildiyi terrorlar, I Qarabağ müharibəsində ermənilərin insanlığa sığmayan hərəkətləri, girov saxlanılanlara münasibət və beynəlxalq hüquqda hansı qanunlarda öz əksini tapması məsələləri diqqətə çatdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: