Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK tərəfindən ADA Universitetinə dəyərli nəşrlər hədiyyə edilib
28.09.2022 09:30
  • A-
  • A
  • A+

MEK tərəfindən ADA Universitetinə dəyərli nəşrlər hədiyyə edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ADA Universitetinin “Bir müəllimin manifesti” ixtisasartırma proqramına dəstək verib.

Belə ki, proqram çərçivəsində iştirakçıların təhsil və informasiya ehtiyaclarını ödəmək üçün kitabxana fondunun formalaşdırılması prosesində MEK-in Mübadilə fondundan 56 sayda ədəbiyyat hədiyyə olunub.

Hədiyyə edilən kitablara Qazax Müəllimlər Seminariyasının məzunları olmuş M.Hüseynin “Seçilmiş əsərləri” 2 cilddə, S.Vurğunun “Seçilmiş əsərləri” 5 cilddə, İ.Şıxlının “Seçilmiş əsərləri” 2 cilddə, O.Sarıvəllinin “Seçilmiş əsərləri”, H.Arifin “Seçilmiş əsərləri”, o cümlədən Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Əsli və Kərəm”, “Leyli və Məcnun”, “Koroğlu” operaları, A.Axundovun “Üzeyir Hacıbəylinin dili”, F.Köçərlinin “Azərbaycan ədəbiyyatı” 2 cilddə, N.Nərimanovun “Seçilmiş əsərləri”, E.Akimovun “M.Maqomayev” və digər dəyərli nəşrlər daxildir.

Məlumat üçün bildirək ki, ADA Universiteti Qazax Müəllimlər Seminariyasında “Bir müəllimin manifesti” ixtisasartırma proqramına ötən il başlayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: