Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

ETİ-nin şöbə müdiri İctimai Televiziyada yayımlanan “Din və cəmiyyət” verilişinin qonağı olub
29.09.2022 09:54
  • A-
  • A
  • A+

ETİ-nin şöbə müdiri İctimai Televiziyada yayımlanan “Din və cəmiyyət” verilişinin qonağı olub

AMEA-nın Elm tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski İctimai Televiziyada yayımlanan “Din və cəmiyyət” proqramının qonağı olub.

Gənc alim 27 sentyabr Anım gününə həsr olunmuş “Vətən sevgisi və şəhidlik” mövzusundakı verilişdə günün tarixi, fəlsəfi mahiyyətinə toxunaraq Şəhid məqamının ruhani, mənəvi və sosial yükümündən, milli cizgilərindən və gənc nəslin bu istiqamətdə maarifləndirilməsindən danışıb.

Verilişi buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: