Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.09.2022 16:31
  • A-
  • A
  • A+

“EaPEC 2022” konfransı öz işini davam etdirir

“EaPEC 2022” konfransı öz işini davam etdirir

Bakıda keçirilən “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar konfransı”nın (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) ikinci günü seksiya iclasları ilə davam edir.

Konfransın sonuncu günündə “İKT innovasiyaları: Əşyaların İnterneti, süni intellekt və avtomatlaşdırma”, “Yerin müşahidəsi və texnologiyadan ictimai istifadə”, “E-səhiyyə – səhiyyə və elmi tədqiqat üçün texnologiya”, “Rəqəmsal Humanitar elmlər – rəqəmsal texnologiya və onun tətbiqi”, “Mərkəzi Asiya Milli Tədqiqat və Təhsil Şəbəkələri – əməkdaşlıq imkanları” istiqamətləri üzrə keçirilən seksiya iclaslarında mühüm elmi problemləri əhatə edən məruzələr dinlənilib.

İclaslarda təqdim olunan məruzələr “Pan-Avropa bulud infrastrukturu federasiyası ilə açıq elmin gücləndirilməsi - Şərq Tərəfdaşlığı regionundan təcrübələr”, “Smart” kabellər vasitəsilə planetimizin araşdırılması”, “İqlim tədqiqatlarında açıq elm”, “Respublika Seysmoloji Xidmət Mərkəzinin proqram və sistem təminatı”, “Avropa sağlamlıq məlumat məkanının biotibbi tədqiqatlara təsiri”, “Səhiyyə innovasiyasında milli tədqiqat və təhsil şəbəklərinin rolu”, “Dariah.lab”: incəsənət və humanitar elmlər üçün Polşanın elektron infrastrukturuna doğru”, “Türkiyə Milli Muzey İnventar Sistemi” və digər mövzuları əhatə edib.

Qeyd edək ki, “EaPEC 2022” beynəlxalq konfransı GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: