Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.09.2022 10:22
  • A-
  • A
  • A+

RSXM-nin əməkdaşları vebinarda iştirak ediblər

RSXM-nin əməkdaşları vebinarda iştirak ediblər

Sentyabrın 28-də ABŞ-ın “Kinemetriks” şirkəti tərəfindən tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə növbəti vebinar keçirilib.

Vebinarda AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosunun rəisi, Yer Elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büronun rəis müavini Ruqiyyə Kərimova, büronun mühəndis proqramçısı Yeganə Muradova və mühəndisi Güllü Məhərrəmova iştirak ediblər.

“Dam Platforması ilə Əməliyyatların və Bənd Təhlükəsizliyinin Təkmilləşdirilməsi” mövzusunda təşkil olunan vebinarda “Kinemetriks” şirkətinin İsveçrə üzrə direktoru Mohamed El İdrissi “Seysmikliyin su hövzələrinə təsiri” mövzusunda məruzə ilə çıxış edib.

Təqdimatdan sonra məruzə ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: