Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Botanika İnstitutunun alimlərinin məqaləsi nüfuzlu jurnalda işıq üzü görüb
30.09.2022 11:06
  • A-
  • A
  • A+

Botanika İnstitutunun alimlərinin məqaləsi nüfuzlu jurnalda işıq üzü görüb

Botanika İnstitutunun baş direktoru b.e.d, professor Səyyarə İbadullayeva, aparıcı elmi işçilər b.ü.f.d., dosent Nuri Mövsümova və b.ü.f.d., dosent Gülnarə Şirəliyevanın həmmüəllifi olduğu “Pteridophytes: Ethnobotanical use and active chemical composition” adlı məqalə “Indian Journal of Traditional Knowledge” jurnalında dərc olunub.

Məqalədə göstərilib ki, bitkilərin ilk  yaranmışlarından hesab edilən ali sporlu bitkilər kimi qıjıkimilərin etnobotaniki istifadəsi çox uzaq tarixlə bağlıdır və əksəriyyəti dərman bitkisi kimi dünyanın bir çox ölkələrində etnik qruplar arasında geniş tətbiq olunur. Hətta bəzi növlər rəsmi farmokopeyaya daxil olub. Tədqiqatların məqsədi Azərbaycan Respublikası florasında yayılmış qıjıkimilərin etnobotaniki xüsusiyyətlərinin öyrənilməsi, dərman bitkisi kimi aktiv farmokoloji tərkiblərinin və təsirlərinin müəyyən edilməsi olub.

Müəlliflər araşdırmalar zamanı Azərbaycan ərazisində yayılmış qıjıların dərman kimi potensial xüsusiyyətlərini müəyyən etməyə, onlardan hansı xəstəliklərin müalicəsində istifadənin daha yararlı olacağını aydınlaşdırmağa çalışıblar. Nəticələr göstərir ki, qıjılardan alınmış ikincili metabolik birləşmələr antibakterial, antihelmint, antivirus, antioksidant və bəlğəmgətirici (expectorant) təsirə malik yeni dərman preparatların və ya yeni qarışıqların hazırlanmasında başlıca rol oynaya bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: