Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.09.2022 14:45
  • A-
  • A
  • A+

ETİ-nin şöbə müdiri Xəzər Universitetində Anım gününə həsr olunmuş tədbirdə çıxış edib

ETİ-nin şöbə müdiri Xəzər Universitetində Anım gününə həsr olunmuş tədbirdə çıxış edib

AMEA-nın Elm tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev Xəzər Universitetinin Tarix və Arxeologiya Departamentinin təşkilatçılığı Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirində çıxış edib.

Əsas məruzəçilərdən olan gənc alim, ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa necə yerləşdirilməsindən danışıb. B.Quliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri dünya hərb sənətində ilk nümunə kimi tətbiq olunacaq qəhrəmanlıqlar göstərdi. Hətta, Şuşanın erməni işğalından qurtarılması üçün PUA və hərbi texnikadan istifadə olunmadı. Azərbaycan əsgərinin bu cür yüksək performans nümayiş etdirməsinin bir səbəbi çağdaş təchizatdırsa, digər səbəbi tarixi ənənələrin olması və bu torpağa mənən bağlılığıdır. “Bu fakt kimin gəlmə, kimin yerli olduğunu bir daha göstərir”, - deyən tarixçi Azərbaycan xalqının əzmkarlığı sayəsində qazanılan qələbənin mühüm bir tarixi hadisə olduğunu bildirərək şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramını ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: