Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” çap olunub
03.10.2022 10:00
  • A-
  • A
  • A+

“Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” çap olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” çapdan çıxıb.

Dialektoloji atlasın məsul redaktoru Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, dialektoloji atlas qrupunun rəhbəri dosent Kifayət İmamquliyeva, rəyçisi dosent Baba Məhərrəmlidir.

 

Redaksiya heyətində akademiklər İsa Həbibbəyli, Möhsün Nağısoylu, Teymur Kərimli, Nizami Cəfərov, professorlar Nadir Məmmədli, Qəzənfər Kazımov və Kərim Şükürov təmsil olunublar.

Dörd dildə (Azərbaycan, türk, rus, ingilis dillərində) tərtib olunmuş atlasda Qarabağ dialektini və Şərqi Zəngəzur şivələrini əhatə edən minə yaxın yaşayış məntəqəsinin 692-si kodlaşdırılıb. Atlasda 278 xəritə, hər xəritə üçün yazılmış xüsusi şərh, atlasın tərtibində istifadə olunmuş proqram, tədqiq edilmiş yaşayış məntəqələrinin və müsahibəyə cəlb olunmuş informatorların siyahısı, informatorların səsi yazılmış kompakt disk ilə yanaşı, ekspedisiya müddətində informatorlarla söhbət zamanı çəkilmiş, həmçinin Qarabağın və Şərqi Zəngəzurun tarixini, etnoqrafiyasını, təbiət mənzərələrini, erməni vandalizmi və saxtakarlığını, I və II Qarabağ müharibəsini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini və onun rəhbərliyi ilə qazanılmış tarixi zəfəri əks etdirən şəkillər öz əksini tapıb.

Atlasda izoqlos yaradan dialekt xüsusiyyətləri şərti işarələrlə verilib və onların yayılma arealı müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: