Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü İslam Mustafayev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 66-cı sessiyasında iştirak edib
03.10.2022 12:35
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İslam Mustafayev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 66-cı sessiyasında iştirak edib

Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Assambleyasının 66-cı sessiyasında iştirak edib.

Avstriyanın Vyana şəhərində keçirilən sessiyada ölkəmizi, həmçinin Azərbaycn Respublikası Xarici İşlər, Fövqəladə Hallar və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin nümayəndələri təmsil ediblər.

Tədbirdə AEBA-nın üzvü olan ölkələr il ərzində atom enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində görülən işlər, o cümlədən həyata keçirilən layihələr haqqında məlumat veriblər. Sessiyada çıxış edən Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının işinin 2036-cı ilədək uzadılması haqqında plana qarşı etirazını bildirib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin iştirakı ilə AEBA-nın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən layihələr, eləcə də qarşıdakı illərdə bu əməkdaşlığın genişləndirilməsi planları müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: