Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünaslıq İnstitutunun əməkdaşı Beynəlxalq Qara Dəniz Müasir Elmi Araşdırmalar konfransında çıxış edib
04.10.2022 11:59
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşı Beynəlxalq Qara Dəniz Müasir Elmi Araşdırmalar konfransında çıxış edib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova Türkiyədə keçirilən Beynəlxalq Qara Dəniz Müasir Elmi Araşdırmalar konfransında iştirak edib.

29 sentyabr - 2 oktyabr tarixlərində Rizədə təşkil edilən konfransda şərqşünas alimin “Müasir Misir ədəbiyyatında Şərq-Qərb fərqli yaşam və düşüncə tərzi məsələlərinin işıqlandırılması” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə Şərq-Qərb cəmiyyətlərarası fərqli yaşam tərzi və dünyagörüşlərin yaratdığı uçurumların ərəb ədəbiyyatında işıqlandırılması məsələlərinə toxunulub. Eləcə də müasir qloballaşan dünyada mədəniyyətlər, dinlərarası dialoqun əhəmiyyəti vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: