Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.10.2022 12:06
  • A-
  • A
  • A+

Arxeoloq alimin yubileyi qeyd olunub

Arxeoloq alimin yubileyi qeyd olunub

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri Bəhlul İbrahimlinin 70 illik yubileyi qeyd olunub.

İnstitutun baş direktoru, professor Abbas Seyidov və institutun Həmkarlar təşkilatının sədri, t.ü.f.d Pirağa İsmayılzadə yubiley münasibəti ilə Bəhlul müəllimi təltif edib, kollektiv adından ona möhkəm cansağlığı, elmi fəaliyyətində uğurlar arzulayıblar.

Bəhlul İbrahimli 1952-ci ildə Ordubad rayonunun Sabir kəndində anadan olub. 1971-1975-ci illərdə Y.H.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1976-cı ildə Tarix İnstitutunun aspiranturasına arxeologiya ixtisası üzrə qəbul olduqdan sonra, 1979-1987-ci illərdə Azərbaycan SSRİ Elmlər Akademiyasının Naxçıvan Elm Mərkəzində çalışıb. 1990-cı ildən Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunda işləyir. 2017-ci ildən yeni yaradılan Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1985-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Orta əsr Xaraba Gilan şəhəri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1979-cu ildə Özbəkistanda, 1982-1983-cü illərdə Sovet-Bolqar-Macar Beynəlxalq arxeoloji ekspedisiyasının Mayat şəhər yerində, 1997-ci ildə Troya şəhəri qazıntılarında iştirak edib.

B.İbrahimli 1975-ci ildən Xaraba Gilan şəhər yerində aparılan arxeoloji qazıntılarda iştirak edir. 2004-cü ildən həmin ekspedisiyasının rəhbəridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: