Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

04.10.2022 14:05
  • A-
  • A
  • A+

MEK-in fonduna müəlliflərdən yeni nəşrlər daxil olub

MEK-in fonduna müəlliflərdən yeni nəşrlər daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarına müəlliflər tərəfindən yeni nəşrlər hədiyyə olunub.

Nəşrlər sırasında “Tibb işçilərinin masaüstü kitabı. Zərifə Əliyeva 95”, İ.R. Mustafayeva, S.C.İbadullayeva, R.Ə.Ələkbərov, A.H.İsmayılov, H.Z.Qasımov və Ş.Ş.Qasımovanın “Farmakoqnoziya Botanikanın əsasları ilə”, İ.Mustafayeva, M. Seyidbəyli və X.Çələbinin “Anatomiya, Fiziologiya və Patologiyanın əsasları”, E. Quliyev, N.Qafarov və E.Allahverdiyevin “Qeyri-Neft Sənayesinin İqtisadiyyatı”, V. Şirinoğlunun “Cənubi Qafqazın ictimai-iqtisadi və siyasi vəziyyətinin öyrənilməsində Zaqafqaziya Seyminin sənədləri mənbə kimi”, K.Abdullanın “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika”, E.Allahverdiyevin “Etibarlı ərzaq təminatında idxaləvəzləyici istehsalın artırılması” və “Etibarlı ərzaq təminatının problemləri və göstəriciləri” kitabları, eləcə də G.Ağamirzəyevanın “Keçid elementləri əsaslı xalkogenidlər”  və digər ədəbiyyatlar daxil olub. 

Qeyd edək ki, bir çox elm sahələrini əhatə edən yeni nəşrlər arasında dərs vəsaitləri də yer alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: