Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.10.2022 14:28
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı beynəlxalq yay məktəbində iştirak edib

Coğrafiya İnstitutunun əməkdaşı beynəlxalq yay məktəbində iştirak edib

Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi şöbəsinin elmi işçisi Nicat İmamverdiyev Türkiyə Elmlər Akademiyasının (TÜBA) İstanbul şəhərində təşkil etdiyi yay məktəbində iştirak edib.

“Əsas elmlər və akademik həyatın tələbləri” adlı layihə çərçivəsində keçirilən yay məktəbində Türkiyə, Azərbaycan, Pakistan, Əlcəzair, Moldova, Albaniya və s. olmaqla, 15 respublikadan 25 iştirakçı iştirak edib. Mövzu ətrafında gedən çıxış və müzakirələr İstanbul şəhərində olsa da, təcrübi dərslər Kocaəlidə, TÜBİTAK Mərmərə Araşdırma Mərkəzində aparılıb. Burada müştəri yönümlü yanaşma ilə dövlət, müdafiə və özəl sektor müəssisələrinə və akademik qurumlara unikal həllər təklif olunur. Mərkəzdə texnologiya transferi, innovasiyalar, sistem və obyektlərin yaradılması, milli standartların və normaların müəyyən edilməsi, peşəkar məsləhət və təlimlər həyata keçirilir.

Yay məktəbi ərzində dərslər Türkiyə Elmlər Akademiyasının prezidenti Müzəffər Şəkər və akademiyanın digər əməkdaşları, eləcə də İstanbul, Sent-Luis Vaşinqton və Stanford universitetlərinin müəllimləri tərəfindən keçirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: