Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.10.2022 15:49
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Müəllimlər günü” qeyd olunub

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Müəllimlər günü” qeyd olunub

Oktyabrın 5-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə institutun əməkdaşları – Cəlal Əliyev məktəbinin davamçıları Fəxri xiyabanda görkəmli şəxsiyyət və ictimai-siyasi xadim, böyük alim-pedaqoq akademik Cəlal Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova Cəlal Əliyevlə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, Cəlal Əliyev məktəbinin yetirmələrinin qazandığı nailiyyətlər məhz müəllimlərinin diqqəti, qayğısı və fədakar əməyinin nəticəsidir. Sevindirici haldır ki, Cəlal Əliyev məktəbinin tələbələri yeni alim nəsli yetişdirməklə bu çətin və şərəfli işdə öz müəllimlərinə layiq olmağa çalışırlar.

AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev və başqaları müəllimləri Cəlal Əliyevlə bağlı xatirələrindən söz açaraq onun ciddi və tələbkar müəllim olması ilə yanaşı, eyni zamanda tələbələriylə qayğıkeş, mehriban rəftarı, səmimi tələbə-müəllim münasibəti yaratmaq bacarığını vurğulayıblar. Qeyd olunub ki, akademik Cəlal Əliyev məktəbinin davamçılarının hal-hazırda həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda - ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Fransa və başqa ölkələrin nüfuzlu universitetlərində uğurla öz elmi fəaliyyətlərini davam etdirirlər.

Tədbir daha sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: