Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.10.2022 15:30
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim beynəlxalq tədbirdə Naxçıvanın turizm potensialı barədə danışıb

Coğrafiyaçı alim beynəlxalq tədbirdə Naxçıvanın turizm potensialı barədə danışıb

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin elmi işçisi Rövşən Əliyev Türkiyənin Sivas Cumhuriyyeti Universitetində keçirilən 6-cı “Beynəlxalq Qafqaz və Mərkəzi Asiya xarici ticarəti və logistika konqresi”ndə onlayn şəkildə iştirak edib.

O, tədbirdə “Naxçıvanın gələcək inkişaf perspektivləri və turizm potensialını şərtləndirən amillər” mövzusunda məruzə ilə çıxış edib. Alim Naxçıvanın turizmi, onun gələcək inkişafı, perspektivləri və problemləri haqqında geniş məlumat verib və dinləyiciləri maraqlandıran sualları cavablandırıb. Məruzə iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Tədbirin sonunda konfransın fəal iştirakçılarına sertifikat təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: