Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Ədəbiyyat üzrə Nobel mükafatı fransız yazıçıya verilib
06.10.2022 16:11
  • A-
  • A
  • A+

Ədəbiyyat üzrə Nobel mükafatı fransız yazıçıya verilib

Bu il ədəbiyyat üzrə Nobel mükafatının qalibi 82 yaşlı fransalı yazıçı Anni Erno olub.

O, bu mükafata özgələşmənin mənşəyini və şəxsi yaddaşın kollektiv məhdudiyyətlərinin müəyyənləşdirilməsində göstərdiyi cəsarət və klinik dəqiqliyə görə layiq görülüb.

Qeyd edək ki, Anni Erno 1940-cı il sentyabrın 1-də Fransanın Lilbon şəhərində anadan olub. O, Ruan Universitetini bitirdikdən sonra orta məktəbdə ədəbiyyat fənnini tədris edib. Yazıçı "Boş şkaflar", "Xarici həyat" kimi əsərlərin müəllifidir.

Anni Erno öz əsərlərində ardıcıl və müxtəlif rakurslardan cins, dil və sinif baxımından fərqlənən həyatı araşdırır. Yazıçının bütün kitabları avtobioqrafikdir. Hamısı onun şəxsi, həmişə ağrılı və hətta travmatik təcrübəsini təsvir edir.

https://www.nobelprize.org/

  • Paylaş: