Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.10.2022 16:35
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi şurasının iclası keçirilib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi şurasının iclası keçirilib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi şuranın növbəti iclası keçirilib.

İclası giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi əsərlərinə həsr olunmuş jurnalın nəşri barədə müzakirələr aparılıb. Jurnalın veb saytının ilkin versiyası şura üzvlərinə təqdim edilib. Həmçinin jurnalın baş redaktoru, məsul katibi və hər bir elm sahəsi üzrə redaktorları açıq səsvermə ilə müəyyənləşdirilib.

Həmçinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 2022-ci il üçün elmlər doktoru hazırlığı üzrə dissertanturasına qəbulun nəticələri də müzakirə edilib. Elmlər doktoru hazırlığı üzrə qəbul olmuş dissertantların mövzuları ətrafında ətraflı elmi müzakirələr aparılıb.

Sonra iclasın sədri Ə.Quliyev “Ekologiya” ixtisası üzrə doktorant Elman Yusifovun dissertasiya mövzusunun adının dəyişilməsini və elmi məsləhətçinin əlavə edilməsini təklif edib, bu istiqamətdə müzakirələr aparılıb.

Bundan əlavə, iclasda 5 dekabr 2022-ci il tarixində Dünya Torpaq Gününə həsr olunacaq konfransın təşkili məsələsi də müzakirə olunub, tədbirin təşkilat komitəsi müəyyənləşdirilib.

Daha sonra institutun elmi katibi, a.e.ü.f.d. Sultan Hüseynova Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının aparıcı elmi işçisi, a.e.ü.f.d. Divanxan Əhədovun “Torpaqşünaslıq” ixtisası üzrə və Mineral gübrələr laboratoriyasının aparıcı elmi işçisi, a.e.ü.f.d. Nəcibə Mirmövsumovanın “Aqrokimya” ixtisası üzrə dosent elmi adı almaq üçün təqdim etdiyi sənədlər barədə məlumat verib.

Elmi şuranın gizli səsverməsinin nəticəsi olaraq, dosent elmi adam almaq üçün sənədlərin Ali Attestasiya Komissiyasına təqdim edilməsinə qərar verilib.

Sonda cari məsələlər müzakirə edilib, çıxışlar, təkliflər dinlənilib, suallar cavablandırılıb və bir sıra qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: