Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.10.2022 11:00
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Öncə institutun baş direktoru, professor Abbas Seyidov iştirakçıları iclasın gündəliyi ilə tanış edib.

Gündəlikdə duran birinci məsələ Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu barədə olub. Baş direktor iştirakçıları Nazirlər Kabinetinin “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” 2022-ci il 30 sentyabr tarixli qərarı ilə tanış edib.

Sonra institut əməkdaşları arxeoloqlar X.Alməmmədov və C.Eminlinin bu il apardıqları arxeoloji tədqiqatların qısa hesabatı dinlənilib. Elnur Vəliyevin “Azərbaycanın qəbir abidələrində zərdüştiliyin izləri” adlı məqaləsi Elmi şura üzvləri tərəfindən yekdil səslə çapa məsləhət görülüb.

“Qarabağın maddi-mədəni və mənəvi mədəniyyətı” toplusunun çap üçün müzakirəsi aparılıb.

Sonda cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: