Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Nobel sülh mükafatının sahibləri məlum olub
07.10.2022 14:35
  • A-
  • A
  • A+

Nobel sülh mükafatının sahibləri məlum olub

Norveçin paytaxtı Osloda 2022-ci il Sülh üzrə Nobel mükafatının qaliblərinin adı açıqlanıb.

Qalibin elan olunma mərasimi Norveç Nobel İnstitutunda keçirilib.

2022-ci il Sülh üzrə Nobel mükafatının qalibləri bir şəxs, iki təşkilat olub. Belə ki, Nobel sülh mükafatı belarus hüquq müdafiəçisi Ales Bialiatskiyə, Rusiyanın “Memorial” insan hüquqları təşkilatına və Ukraynanın “Centre for Civil Liberties” (Vətəndaş Azadlıqları Mərkəzi) təşkilatına verilib.

Nobel Komitəsi laureatlara mükafatın verilmə səbəbini belə izah edib: “Sülh mükafatı laureatları öz ölkələrində vətəndaş cəmiyyətini təmsil edirlər. Onlar uzun illər hakimiyyəti tənqid etmək və vətəndaşların fundamental hüquqlarını qorumaq hüququnu təbliğ ediblər. Onlar müharibə cinayətlərini, insan hüquqlarının pozulmasını və səlahiyyətdən sui-istifadə hallarını sənədləşdirmək üçün böyük səy göstəriblər. Onlar birlikdə vətəndaş cəmiyyətinin sülh və demokratiya üçün əhəmiyyətini nümayiş etdirirlər”.

https://www.nobelprize.org/

  • Paylaş: