Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İctimai Elmlər üzrə Problem Şurasının iclası keçirilib
07.10.2022 20:00
  • A-
  • A
  • A+

İctimai Elmlər üzrə Problem Şurasının iclası keçirilib

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının İctimai Elmlər üzrə Problem Şurasının növbəti iclası keçirilib.

“Zoom” platforması üzərindən keçirilən onlayn iclasda Problem şurasının üzvləri, elmlər və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.

Problem şurasının sədri, akademik Nərgiz Axundova iclas iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Sonra N.Axundova elmlər və fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş 94 dissertasiya mövzusunu təqdim edib.

Müzakirə zamanı 40-a yaxın işin adında elmi və texniki redaktələr edilib, 3 dissertasiya işinin adı elmi tələblərə cavab vermədiyindən və ixtisasla uyğunluq təşkil etmədiyindən baxılması üçün müvafiq elmi şuralara qaytarılması tövsiyə olunub.

Həmçinin qeyd olunanları nəzərə alaraq, akademik Nərgiz Axundova, şuranın sədr müavini, professor İlham Məmmədzadə, elmi katib, dosent Şölət Zeynalov iddiaçılar və elmi rəhbərlərlə müzakirə zamanı dissertasiyaların həm adlarında, həm də məzmununda təkrarlara yol verməməyi tövsiyə ediblər.

Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: