Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

MEK-də Müstəqilliyin Bərpası Günü ilə əlaqəli virtual sərgi hazırlanıb
18.10.2022 12:48
  • A-
  • A
  • A+

MEK-də Müstəqilliyin Bərpası Günü ilə əlaqəli virtual sərgi hazırlanıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən (MEK) 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqəli virtual sərgi hazırlanıb.

Sərgidə müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və inkişafında göstərdiyi mübarizədən bəhs edən “Heydər Əliyev: dövlət xalq üçündür”, “Həqiqət necə varsa. Azərbaycan 1993”, “Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə”, “Müstəqil Vətənin  memarı”, “Müstəqil Azərbaycan 20 il. Dövlət ailə, qadın və uşaq siyasəti”, “Müstəqil Azərbaycan 20 il”, “Müstəqilliyə gedən yol”, “Müstəqilliyin çətin yolu...reallıqlar, düşüncələr”, “Müstəqil dövlətimiz və parlamentimiz”, “Müstəqil dövrün fəlsəfəsi və filologiyası”, “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Milli lider və müstəqil dövlətçilik”, “Müstəqilliyimiz əbədidir, sarsılmazdır” və digər kitablar yer alıb.

Qeyd edək ki, virtual ilə yanaşı, oxucular MEK-ə yaxınlaşaraq ənənəvi sərgi ilə də tanış ola bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: