Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

MEK tərəfindən Xalq şairi Xəlil Rza Ulutürkün 90 illiyi münasibətilə sərgi hazırlanıb
21.10.2022 16:31
  • A-
  • A
  • A+

MEK tərəfindən Xalq şairi Xəlil Rza Ulutürkün 90 illiyi münasibətilə sərgi hazırlanıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Xalq şairi, tənqidçi, ədəbiyyatşünas Xəlil Rza Ulutürkün anadan olmasının 90 illiyi münasibətilə “Xəlil Rza Ulutürk-90” adlı virtual sərgi hazırlanıb.

Sərgidə şairin “Taparam səni”, “Yeni zirvələrdə”, “Firəngiznamə”, “Mənə bənzə”, “Ayla Günəş arasında”, “Bağışla, ey Vətən”, “Türkün dastanı”, “Məndən başlanır Vətən”, “Həyat, həyat deyə çırpınan könül”, “Dünyaya pəncərə”, “Dünyanın ədəbi xəritəsi”, “Eşqim, vəfadarım mənim”, “Doğmalıq və ucalıq”, “Xalq şairi Söhrab Tahir haqqında”, “Sabir Rüstəmxanlı haqqında”, “Ustadı Bəxtiyar Vahabzadə haqqında”, “Ustadım Əkrəm Cəfər”, “Seçilmiş əsərləri” və s. vətən, azadlıq, istiqlal, həmçinin həyat, dünya, insanın mənəvi aləmi haqqında kitabları yer alır.

Qeyd edək ki, MEK-də virtual ilə yanaşı, ənənəvi sərgi də təşkil olunub. Sərgi ayın sonunadək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: