Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yeni hidrogel zədələnmiş sümükləri bərpa etməyə kömək edir
10.11.2022 15:34
  • A-
  • A
  • A+

Yeni hidrogel zədələnmiş sümükləri bərpa etməyə kömək edir

Sınıqlar və digər sümük zədələri adətən öz-özünə sağalırlar, amma böyük sahələrin sınığı zamanı onların bərpası üçün bədənin digər hissələrindən sümüyün götürülərək həmin nahiyəyə yerləşdirilməsi tələb olunur. Yeni kəşf bu problemi aradan qaldırmağa kömək edə bilər.

Yeni birləşmə hüceyrədənkənar matris funksiyasını yerinə yetirir və sümüklərə bərpa olunmağa kömək edir. Bu texnologiya gələcəkdə çoxlu sayda insanı xilas edə bilər.

Tel-Əviv və Miçiqan universitetlərindən olan alimlər tərəfindən hazırlanmış maddə immunomodullaşdırıcı lifli hidrogel adlanır. Bu hidrogel sümük toxumalarındakı hüceyrədənkənar matrisin həm fiziki, həm də kimyəvi xassələrini təqlid edir.

Hidrogel cərrahi əməliyyat yolu ilə sümükdə boşluq olan sahəyə yerləşdirilir və bir müddət sonra gel yeni təbii sümük toxuması ilə tamamilə əvəz edilir.

aztibb.az

  • Paylaş: