Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarixçi alimlər beynəlxalq konfransda məruzə ilə çıxış ediblər
11.11.2022 09:50
  • A-
  • A
  • A+

Tarixçi alimlər beynəlxalq konfransda məruzə ilə çıxış ediblər

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları Polşanın Jeşuv Universitetində keçirilən “Qafqaz 2022” (“Caucasus 2022) adlı 11-ci beynəlxalq elmi konfransda iştirak ediblər.

Konfransda Tarix İnstitutunun baş direktoru, t.e.d., professor Kərim Şükürov “Şuşa - Qafqazın konservatoriyası siyasi perspektivdə”, t.e.d., professor İradə Bağırova “Postimperiya dövründə Cənubi Qafqazda yeni hakimiyyətlərin və milli elitaların formalaşması (1917-1918-ci ilin I-ci yarısı)”, t.e.d., professor Tofiq Mustafazadə “XVIII əsrdə Qarabağ xanlığının tarixində diqqət çəkən mühüm tarixlər və hadisələr”, t.e.d., dosent Tofiq Nəcəfli “Azərbaycan Səfəvi dövlətinin Polşa Krallığı ilə diplomatik münasibətləri tarixindən (I Şah Abbas dövrü), t.ü.f.d., dosent İlqar Niftəliyev “Qərbi Zəngəzurun Ermənistana verilməsi”, t.ü.f.d., dosent Nigar Axundova “Erməni işğalından azad edilmiş ərazilərdə Azərbaycanın mədəniyyət abidələri məsələsinə dair” və t.ü.f.d., dosent Nərgiz Axundova “Sovet ekspansiyasından sonra prometeizm ideyalarının yayılmasında Azərbaycan-Gürcüstan əməkdaşlığı” adlı məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, 9 noyabr 2022-ci il tarixində Jeşuv şəhərində Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə və Azərbaycanla Polşa arasında ilk əlaqələrin qurulmasının 550 illiyinə həsr olunmuş “Polşa-Azərbaycan münasibətləri: Tarix və perspektivlər” xatirə lövhəsinin açılış mərasimi keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: