Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-da “Qarabağ irsi: Mədəniyyət, memarlıq, incəsənət” mövzusunda II beynəlxalq elmi konfrans keçiriləcək
14.11.2022 15:20
  • A-
  • A
  • A+

AMEA-da “Qarabağ irsi: Mədəniyyət, memarlıq, incəsənət” mövzusunda II beynəlxalq elmi konfrans keçiriləcək

Noyabrın 16-sı saat 13:30-da AMEA-nın Əsas binasında “Şuşa İli”nə həsr olunmuş “Qarabağ irsi: Mədəniyyət, memarlıq, incəsənət” mövzusunda II beynəlxalq elmi konfrans keçiriləcək.

Beynəlxalq tədbir AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransda “Şuşa sənət beşiyidir. Şuşa xalçaları və onların dünya mədəniyyətində yeri”, “Ornament quruluşu baxımından Qarabağ və Anadolu xalçaları”, “Şuşa Azərbaycanın musiqi mədəniyyətidir”, “Qarabağ səsinin təsiri və fenomenologiyası”, “Şuşanın şəhərsalma problemləri”, “Qarabağın memarlıq irsi və onun mühafizəsi” və digər mövzularda məruzələr dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: