Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Xərçəngə qarşı preparatın ilkin sınaqlarının nəticələri dərc edilib
15.11.2022 16:32
  • A-
  • A
  • A+

Xərçəngə qarşı preparatın ilkin sınaqlarının nəticələri dərc edilib

Bioloqlar GRP78 zülalını spesifik olaraq bağlayan və onun fəallığını inhibə edən preparat hazırlayıblar.

Cənubi Kaliforniya Universiteti və Klivlend Klinikasının Tədqiqatlar və İnnovasiyalar Mərkəzindən olan tədqiqatçılar GRP78 ilə bağlı yeni tədqiqatlarını təqdim ediblər. GRP78 kimi tanınan zülal SARS-cov-2 və digər virusların yayılmasında iştirak edir. Bu zülal COVID-19-un və xərçəngin bir neçə tipi ilə bağlıdır. Zülal haqqında məlumatlar əsasında alimlər yeni preparat hazırlayıblar.

Bu yaxınlarda alimlər müəyyən ediblər ki, GRP78 istehsalını bloklamaq və ya yeni preparatın köməyi ilə onun fəallığını dayandırmaq SARS-cov-2-nin replikasiyasını dəfələrə aşağı salır.

Tədqiqatçılar GRP78-ə “hücum”un COVID-19-u müalicə etməyə kömək edib-etməyəcəyini yoxlamaq üçün virusa yoluxmuş ağciyərlər hüceyrələrində HA15 preparatını sınaqdan keçiriblər. Əvvəlcə onu xərçəng hüceyrələrinə qarşı hazırlayıblar. Müəyyən edilib ki, o, GRP78-i spesifik olaraq bağlayır və onun fəallığını inhibə edir.

Nəticədə müəyyən edilib ki, HA15 müqavimət üçün medikomentoz müalicəyə cavab verən KRAS-ın mutant zülallarının hazırlanmasını dayandırır və xərçəng hüceyrələrinin həyat qabiliyyətini aşağı salır.

hightech.fm

  • Paylaş: