Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.11.2022 14:58
  • A-
  • A
  • A+

Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Azərbaycan fəlsəfəsi və universal dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

UNESCO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş konfransda Azərbaycan alimləri ilə yanaşı, Əlcəzair, Bolqarıstan və Mərakeşdən olan alim və mütəxəssislər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, fəlsəfə elmlər doktoru, professor İlham Məmmədzadə hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışaraq, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təbrikini tədbir iştirakçılarına çatdırıb. Bu gün münasibətilə hər il Azərbaycanda fəlsəfə elminin inkişafına töhfə verəcək beynəlxalq konfransların təşkil edildiyini bildirən İ.Məmmədzadə fəlsəfə elminin öyrənilməsinin, fəlsəfi biliklərin cəmiyyətin mənəvi saflığının və sabitliyin qorunmasındakı rolundan danışıb və maarifçiliyin geniş inkişaf etdirilməsində fəlsəfənin rolunun zəruriliyini də vurğulayıb.

İ.Məmmədzadə, həmçinin fəlsəfənin problemlərinə diqqət çəkərək bu istiqamətdə bir sıra işlərin həyata keçirilməsinin vacibliyini qeyd edib. Fəlsəfə və ideologiya haqqında danışan İlham Məmmədzadə fəlsəfəni ideologiyasız və ideologiyanı da fəlsəfəsiz təsəvvür etməyin mümkün olmadığını bildirib.

Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Fəlsəfə və müasirlik”, Əlcəzair Elmi Araşdırmalar Mərkəzindən UNESCO-nun eksperti, f.e.d., professor Uiza Gallez “Əlcəzairdə fəlsəfə: siyasiləşmiş tarix”, Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutundan f.e.d., professor Bogdana Todorova “Şərq və Qərb arasında dialoqun inkişafı haqqında Azərbaycan fəlsəfi ideyaları”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutundan f.e.d., professor Rəna Mirzəzadə “İlham Əliyev strategiyasında universal dəyərlərə baxış”, Bolqarıstan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutundan f.e.d., dosent Albena Nakova “Müasir bolqar cəmiyyətində dəyərlərin dinamikası”, f.e.d., professor Əbülhəsən Abbasov “Müasir islahatların ümumfəlsəfi əsasları”, Mərakeşin Azərbaycanda sabiq səfiri, s.e.d. Hami Hassan “Xüsusiyyətçilik və universalizm: istəklə düşünmək və universal dəyərləri həqiqətdə həyata keçirmək”, f.e.d. Arzu Hacıyeva “Azərbaycan fəlsəfə tarixi elminin başlanğıcında: bəşəri dəyərlər prizmasından baxış”, f.e.d., professor Azər Mustafayev “Abbasqulu ağa Bakıxanovun fəlsəfi irsi Zakir Məmmədov yaradıcılığının prioritet istiqamətlərindən biri kimi” mövzularda məruzələrlə çıxış ediblər.

Sonda f.e.d., professor Rəbiyyət Aslanova və f.ü.f.d. İradə Zərqanayeva çıxış edərək Fəlsəfə Günü münasibətilə fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: