Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.11.2022 14:02
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Nizamişünaslıq şöbəsinin hesabatında iştirak edib

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Nizamişünaslıq şöbəsinin hesabatında iştirak edib

AMEA-nın Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsi cari ildə aparılan elmi-tədqiqat işləri ilə bağlı hesabat verib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Nizamişünaslıq şöbəsinin hesabatında iştirak edərək əməkdaşların illik elmi fəaliyyətləri ilə tanış olub, təklif və tövsiyələrini verib. Akademik İsa Həbibbəyli Nizami Gəncəvinin həyat və yaradıcılığının hərtərəfli öyrənilməsinin ədəbiyyatşünaslığımızın əsas prioritet istiqamətlərindən biri olduğunu, institutun Nizamişünaslıq şöbəsində bu istiqamətdə əhəmiyyətli işlər görüldüyünü qeyd edib. AMEA-nın prezidenti şöbənin plan işi kimi yerinə yetirdiyi iki cildlik “Nizami Gəncəvi Ensiklopediyası”nın hazırlanması vəziyyətini təhlil edərək tövsiyələrini verib, fikir və mülahizələrini bildirib.

Hesabat iclasında institutun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı şöbənin plan işlərinin yerinə yetirilmə vəziyyəti və qarşıdakı planlar barədə məlumat verib.

İclasda Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin əməkdaşlarından f.ü.f.d., dosent Zəhra Allahverdiyeva, f.ü.f.d., dosent Vəfa Hacıyeva, f.ü.f.d., dosent Yelena Teyer, f.ü.f.d., dosent Təhminə Bədəlova, elmi işçi Hürnisə Bəşirova, kiçik elmi işçi Samirə Əliyeva, kiçik elmi işçi Məsumə Nuriyeva, kiçik elmi işçi Lalə Paşayevanın hesabatları dinlənilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığına həsr edilmiş elmi konfransın keçirilməsi və “Nizami Gəncəvi almanaxı”nın növbəti sayının çapa hazırlanması ilə əlaqədar tapşırıqlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: