Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.11.2022 18:05
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda elmi şöbələrin hesabatları davam edir

Coğrafiya İnstitutunda elmi şöbələrin hesabatları davam edir

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda şöbələrin elmi və elmi-təşkilati fəaliyyətinin yekunları barədə hesabatların təqdimatı davam edir.

İnstitutun Elmi şurasının növbəti iclasında Turizm və rekreasiya coğrafiyası şöbəsinin hesabatı dinlənilib. Şöbə müdiri c.ü.f.d., dosent Zaur İmrani şöbənin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin turizm-rekreasiya ehtiyatları və inkişaf perspektivləri (2021-2025-ci illər)” mövzusunun birinci mərhələsi olan “Qarabağ iqtisadi-coğrafi rayonunun təbiət abidələrindən turizm məqsədilə istifadə imkanları” elmi işinin yerinə yetirilməsinin yekunu haqqında təqdimatla çıxış edib. Bildirilib ki, 2022-ci ildə tədqiqat işi prosesində alınmış mühüm nəticələr Qarabağ iqtisadi-coğrafi rayonunun hər bir inzibati rayonu üzrə ayrılıqda təbii və antropogen turizm ehtiyatlarının qruplaşdırılması, floristik və faunistik abidələr arasında “Qırmızı kitab”a daxil olan nümunələrin müəyyənləşdirilməsi və müharibə dövründə nəsli kəsilmək üzrə olanların sayının daha da çox olduğunun müşahidə edilməsidir.

Şöbə əməkdaşlarının “Web of Science” nəşrlərində 5 məqaləsi, müxtəlif nəşrlərdə 13 məqalə, 2 atlas və kontur xəritələr, 3 monoqrafiyası dərc edilib. Hesabatda, həmçinin konfranslarda iştirak, elmi kadrların hazırlanması, təltif və mükafatlar haqqında da məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: