Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Arxeoloq alimlər Şuşada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər
24.11.2022 09:18
  • A-
  • A
  • A+

Arxeoloq alimlər Şuşada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bir qrup əməkdaşı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği” layihəsi çərçivəsində keçirilən “Tarixi yerlər və abidələr: IV beynəlxalq Şuşa simpoziumu”nda iştirak ediblər.

Simpoziumda institutun baş direktoru, t.e.d., professor Abbas Seyidov, t.e.d. Vəfa Mahmudova, tarix üzrə fəlsəfə doktorları Pirağa İsmayılzadə, Pərvin Ahənçi, Leyla Rüstəmova və Yaqub Məmmədov məruzələrlə çıxış ediblər.

Tədbir çərçivəsində Şuşaya səfər edən alimlər Bülbülün Ev-Muzeyini, Molla Pənah Vaqifin məqbərəsini, Cıdır düzünü, Şuşanın möhtəşəm qala divarlarını, Natəvan bulağını, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini və digər tarixi abidələri ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: