Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fəlsəfə və Sosiologiya İnstitutunun bir sıra şöbələri hesabat verib
24.11.2022 16:15
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunun bir sıra şöbələri hesabat verib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası institutun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.

Sonra institutun Azərbaycan fəlsəfə tarixi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva, Etika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, İdrak nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov və Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə rəhbərlik etdikləri şöbələrin hesabatlarını təqdim ediblər.

Müzakirələrdən sonra şöbələrin illik hesabatları qənaətbəxş hesab olunub.

Eyni zamanda 2022-ci il üzrə elmi tədqiqat işlərinin yerinə yetirilməsi ilə bağlı Yoxlama komissiyasının yaradılması haqqında qərar qəbul edilib və cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: