Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

24.11.2022 18:00
  • A-
  • A
  • A+

RSXM-nin baş direktoru Türkiyə universitetlərinin nümayəndələri ilə görüş keçirib

RSXM-nin baş direktoru Türkiyə universitetlərinin nümayəndələri ilə görüş keçirib

Noyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elm və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi çərçivəsində “Zoom” platforması üzərindən onlayn görüş keçirilib. 

Görüşdə Türkiyənin Kocaeli Universitetinin professoru Fadime Sertçelik, Fırat Universitetinin professoru Mehmet Köküm, Kocaeli Universitetinin professoru İsmayıl Talih Güven, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) nümayəndəsi, professor Kurşat Alyamac, Eskişehir Texniki Universitetinin nümayəndəsi Muammer Tun, Kocaeli Universitetinin nümayəndəsi Tahir Serkan, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova iştirak ediblər.

İclasda gələcəkdə birgə həyata keçiriləcək layihələrlə bağlı məsələlər müzakirə olunub. Həmçinin ikitərəfli birgə elmi-tədqiqat işlərinin aparılmasına dair fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: