Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

24.11.2022 18:42
  • A-
  • A
  • A+

ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol Azərbaycana səfərə gəlib

ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol Azərbaycana səfərə gəlib

ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol Azərbaycana səfərə gəlib. Səfərin məqsədi “Qafqaz kəsilişi” layihəsi üzrə aparılan birgə tədqiqat işləri ilə bağlıdır.

Noyabrın 24-də amerikalı seysmoloq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olub. Erik Sandvol RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb.

Görüşdə “Qafqaz kəsilişi” layihəsi çərçivəsində bu vaxta qədər aparılmış işlər və qarşıda duran vəzifələrlə bağlı məsələlər müzakirə olunub. Müzakirələrdə RSXM-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov da iştirak edib. Həmçinin amerikalı seysmoloq səfəri çərçivəsində Zəlzələlərin tədqiqat bürosunun və Zəlzələ ocaqlarının dinamikası şöbəsinin əməkdaşları üçün treninq keçib. 

Qeyd edək ki, E.Sandvol “Qafqaz kəsilişi” layihəsinin həyata keçirildiyi İsmayıllı, Ağcabədi, Füzuli (Alxanlı kəndi), Ucar və Hacıqabul rayonlarına da səfər edəcək. Erik Sandvolun səfəri noyabrın 27-ə qədər davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: