Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

25.11.2022 10:53
  • A-
  • A
  • A+

ADNSU-nun tələbələri və müəllim heyəti Yüksək Texnologiyalar Parkı ilə tanış olublar

ADNSU-nun tələbələri və müəllim heyəti Yüksək Texnologiyalar Parkı ilə tanış olublar

Məlum olduğu kimi, ölkəmizdə elmə, təhsilə daim xüsusi diqqət göstərilir, bu sahələrin inkişafına, yüksəkixtisaslı kadrların yetişdirilməsinə böyük önəm verilir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda gənclərin elmə marağının artırılması qarşıya vacib vəzifə kimi qoyulub. Strategiyaya müvafiq olaraq, ölkəmizdə istedadlı şagirdlərin potensialının inkişaf etdirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir.

Bundan irəli gələrək, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya mühəndisliyi fakültəsinin tələbələri və müəllim heyətinin Yüksək Texnologiyalar Parkına (YT Park) ekskursiyası təşkil edilib.

Ekskursiyanın əsas məqsədi tələbələrin elmə, biliyə, yüksək texnologiyalara, o cümlədən bu kimi layihələrə marağının artırılmasıdır. Ekskursiya zamanı YT Parkın ərazisinə baxış keçirilib, tələbələr burada müasir tələblərə cavab verən iş şəraiti, yaradılmış maddi-texniki baza ilə yaxından tanış olublar. Məktəblilər, həmçinin YT Parkın ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş Strateji Elmi Analitik Mərkəzinin reallaşdırdığı layihələr, görülən işlərlə bağlı məlumatlandırılıblar.

Ekskursiyada tələbə və müəllim heyətinə texnoparkın rezidentlərinin fəaliyyəti və istehsal etdiyi texnoloji məhsullar, həmçinin yaxın zamanda tikintisi planlaşdırılan yeni layihələr bərədə də məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: