Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.11.2022 14:12
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutu laboratoriyalarının illik hesabatı başa çatıb

Fiziologiya İnstitutu laboratoriyalarının illik hesabatı başa çatıb

AR Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda fəaliyyət göstərən laboratoriyaların 2022-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş sonuncu hesabat iclası keçirilib.

İcraçı direktor fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyevin sədrliyi ilə keçirilən iclasda Hüceyrənin morfofunksional plastikliyi, Görmənin və neyrodegenerativ proseslərin fiziologiyası və Ontogenezin biokimyası laboratoriyalarında görülən işlər haqqında məruzələr edilib.

Məruzə zamanı laboratoriyaların cari ildə apardıqları elmi tədqiqat işləri və alınan nəticələr, nəşriyyat fəaliyyəti, elmi forumlarda iştirak və çıxışlar, kadr hazırlığı, elmi əlaqələr və əməkdaşlıq haqqında məlumat verilib, hesabatlar ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: