Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Əlcəzairdə keçirilən beynəlxalq konfransda çıxış edib
25.11.2022 14:22
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Əlcəzairdə keçirilən beynəlxalq konfransda çıxış edib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, f.ü.f.d., dos. Zöhrə Əliyeva Əlcəzairdə keçirilən beynəlxalq onlayn konfransda iştirak edib. Belə ki, azərbaycanlı alim Seyid Yəhya Bakuvinin davamçısı, Rəhmaniyyə təriqətinin yaradıcısı Seyid Məhəmməd Əbdürrəhmanın həyat və yaradıcılığına həsr olunmuş beynəlxalq konfransın videoçıxışla açılışını edib.

Zöhrə Əliyeva öz məruzəsində Seyid Yəhya Bakuvinin həyat və yaradıcılığından, o cümlədən Azərbaycan və İslam tarixində oynadığı əhəmiyyətli rolundan ətraflı şəkildə söhbət açıb. O, həmçinin Seyid Yəhya Bakuvinin sufi təriqətlərindən biri olan Xəlvətiliyin inkişaf etdirilməsi, onun prioritet istiqamətlərinin müəyyən edilməsi və uzaq Əlcəzairə qədər yayılmasında göstərdiyi xidmətlər haqqında məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Z.Əliyevanın məruzəsi əlcəzairli alimlər tərəfindən maraqla qarşılanıb və fikir mübadiləsi aparılıb.

Bundan əlavə, konfransda Azərbaycan-Əlcəzair iqtisadi, mədəni və siyasi əlaqələri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasında iştirakı və s. mövzular müzakirəyə çıxarılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: