Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Memarlıq məfhumu konsepsiyası
25.11.2022 18:52
  • A-
  • A
  • A+

Memarlıq məfhumu konsepsiyası

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, memarlıq doktoru, professor Rayihə Əmənzadə memarlıq sahəsində səmərəli fəaliyyət göstərən alimlərdən biridir. O, 250-dən çox məqalə, 8 kitab, bir çox nəşrlərin həmmüəllifidir, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq strukturları, memarlıq abidələrinin bərpası kafedrasının professorudur.

R.Əmənzadə həm də Beynəlxalq Memarlıq Akademiyasının, eləcə də Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvüdür. Azərbaycan bədii mədəniyyətinin tədqiqi və təbliği istiqamətində çalışan alimin uğurlu elmi və ictimai fəaliyyəti onun yaradıcılığında özünü büruzə verir.

Professor Rayihə Əmənzadənin elmi fəaliyyəti haqqında əlavə məlumatla “Bakinski raboçi” qəzetində dərc edilən məqalə vasitəsilə tanış ola bilərsiniz. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: