Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.11.2022 10:51
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları UNESCO-nun 30 illiyi münasibətilə təşkil olunmuş vebinarda iştirak ediblər

Əlyazmalar İnstitutunun əməkdaşları UNESCO-nun 30 illiyi münasibətilə təşkil olunmuş vebinarda iştirak ediblər

Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə UNESCO-nun “Dünya yaddaşı” proqramı beynəlxalq reyestri çərçivəsində “Soğd yazılı abidələri” çoxmillətli nominasiyasının inkişafına dair regional strategiya” istiqamətində vebinar keçirilib.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan və Özbəkistan kimi ölkələrin alimlərinin qoşulduğu onlayn proqramda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları – Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Babaxanova, həmin şöbənin elmi işçisi Əsmər Hümbətli, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Yeganə Rəhnulla və Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Xoşqədəm Mirzəyeva iştirak ediblər.

Vebinarda Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun professoru Mirsadiq İsaqov, Ermitaj Dövlət Muzeyinin əməkdaşı Dr. Pavel Lurye, Berlin-Brandenburq Humanitar Elmlər Akademiyasının əməkdaşı Dr. Əlişir Beqmatov, “Soqd toplusu” elmi jurnalının redaktoru, professor Şəmsəddin Kəmaləddin və Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun əməkdaşı Əlişir İkramov çıxış edib və iştirakçılara mövzuya dair yekun tövsiyələrini veriblər.

Qeyd edək ki, vebinarın keçirilməsində əsas məqsəd UNESCO-nun “Dünya yaddaşı” proqramı beynəlxalq reyestrində çoxmillətli nominasiyanın inkişafına dair regional əməkdaşlıq şəbəkəsinin yaradılmasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: