Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

27.11.2022 15:57
  • A-
  • A
  • A+

Şuşada baş tutan beynəlxalq simpozium haqqında məqalələr nəşr edilib

Şuşada baş tutan beynəlxalq simpozium haqqında məqalələr nəşr edilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Təsviri, dekorativ-tətbiqi sənətlər və heraldika şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərovanın “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği” layihəsi çərçivəsində keçirilən Tarixi yerlər və abidələr IV Beynəlxalq Şuşa Simpoziumu haqqında məqalələri “Azərbaycan məktəbi” jurnalının rəsmi saytı və “Bakinski raboçi” qəzetində nəşr edilib.

Tədbir və şəhər haqqında təəssüratlarını bölüşən müəllif qarşımızda olduqca çətin və eyni zamanda olduqca mühüm, strateji əhəmiyyət kəsb edən vəzifənin durduğunu vurğulayır: açıq-aşkar görünən, bəlli olan məsələləri dünyaya çatdırmaq, görmək istəməyəni görməyə vadar etmək, eşitmək istəməyənə yüksək səslə eşitdirmək, bilmək istəməyəni öyrənməyə, bilməyə məcbur etmək, inanmayanı inandırmaq. Qeyd edir ki, hər kəs öz sahəsində görməli olduğu işi layiqincə görsə, məqsədimizə çatacağıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: